Bilal Ərdoğan prezidentliyə namizəd OLACAQMI?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Qətərin rəqəmsal platforması Atheerdə yayımlanacaq “Zu Şan” (Vacib Şəxsiyyətlər) verilişində qonaq olub.
Ajans.az xəbər verir ki, hələ tam dərc olunmayan müsahibənin təqdimat videosu sosial mediada sürətlə müzakirə mövzusuna çevrilib. Videoda aparıcının “Və ən əsası… Atanızın varisini alacaqsınızmı?” sualı xüsusilə diqqət çəkib. Bilal Ərdoğanın bu suala cavabı təqdimatda göstərilməyib.
Müsahibədə həmçinin Bilal Ərdoğana şəxsi həyatı, ailə mənşəyi və siyasi gələcəyi ilə bağlı suallar verilib. İlk sual “Siyasi bir ailədə böyümək necə idi?” olub və verilişdə onun bu mühitdə necə irəlilədiyi barədə fikirləri yer alacaq.
Əminə Ərdoğanın kökləri ilə bağlı suala cavabında Bilal Ərdoğan bildirib:
“Anam ərəb əsillidir, çünki nənə və babam evdə ərəb dilində danışırdılar.”
Müsahibənin tam yayımlanma tarixi hələ açıqlanmayıb. Lakin tanıtım videosunda vurğulanan “O, atasının varisi olacaqmı?” sualı artıq geniş müzakirə mövzusuna çevrilib.