ABŞ bu ölkənin hökümətini DƏYİŞƏCƏK
ABŞ ilin sonuna qədər Kubada rejim dəyişikliyi istiqamətində fəal işləyir.
Ajans.az The Wall Street Journal qəzetinə istinadən xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduronun həbsindən ruhlanan Tramp administrasiyası Kuba hökumətində kommunist rejimini devirmək məqsədilə nüfuzlu şəxslərlə əlaqə yaratmağa çalışır.
Məlumatda vurğulanır ki, Tramp administrasiyası Kuba iqtisadiyyatını çökmə həddində qiymətləndirib və qeyd edib ki, Maduroda əsas himayədarın itirilməsindən sonra Kubada hökumət heç vaxt bu qədər kövrək olmayıb.
Rəsmilər qeyd ediblər ki, ABŞ-ın Karib adasında hökmranlıq edən kommunist hökumətini devirmək üçün hazırda konkret planı yoxdur. Lakin onlar Maduronun həbsini və onun müttəfiqlərinin sonradan güzəştlərini Kuba üçün model və xəbərdarlıq kimi qiymətləndirirlər.
Mövzular: