Reklam resmi
Reklam resmi

ABŞ-dən Qəzzadakı təşkilatlara SANKSİYA

ABŞ-dən Qəzzadakı təşkilatlara SANKSİYA
Dünya

ABŞ Qəzza zolağında yerləşən altı təşkilata HAMAS-ın hərbi qanadını dəstəklədiyinə görə sanksiyalar tətbiq edib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

Sanksiyalar siyahısına Xaricdəki Fələstinlilərin Xalq Konfransının da daxil olduğu bildirilir.

Vaşinqton administrasiyası iddia edir ki, Fələstinli xalqına humanitar və tibbi yardım göstərən bu təşkilatlar əslində gizli şəkildə İzzəddin əl-Qəssamı dəstəkləyirlər. Departament qeyd edir ki, onlar anklav əhalisinə kömək etmək əvəzinə, yaraqlıları maliyyələşdirmək üçün vəsait toplayıbdılar.

Mövzular:
Sanksiya

Digər Xəbərlər