Reklam resmi
Reklam resmi

Qazaxıstan uşaqların sosial mediaya çıxışını MƏHDUDLAŞDIRACAQ

Qazaxıstan uşaqların sosial mediaya çıxışını MƏHDUDLAŞDIRACAQ
Dünya

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri hazırlayıb.

Ajans.az xəbər verir ki, bu barədə hökumətin Telegram kanalında məlumat yayılıb.

Bildirilib ki, yeni təşəbbüslər onlayn platformaların və kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsinə yönəlib və azyaşlıların sosial şəbəkələrdə qeydiyyatının qadağan edilməsini nəzərdə tutur. Qanun layihələri artıq ekspert rəyindən keçib və hazırda ictimai müzakirəyə çıxarılıb.

Sənədlərin effektiv tətbiqini təmin etmək məqsədilə Təhsil Nazirliyi, eləcə də Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi istifadəçilərin yaşının yoxlanılması və mümkün pozuntulara görə cəzaların müəyyən edilməsi mexanizmlərini hazırlamağı planlaşdırır.

Qazaxıstan Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva isə bu prosesdə əhali arasında media savadlılığının artırılmasının və müstəqil medianın dəstəklənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan sosial media

Digər Xəbərlər