Makron Trampa ğörə görüşü TƏRK EDİB
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşlə bağlı razılığa gələ bilmədikdən sonra yanvarın 20-də İsveçrənin Davos şəhərini tərk edib.
Ajans.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Makron Trampı Parisə dəvət etsə də, çərşənbə axşamı Davosdan ABŞ prezidenti ilə təkbətək görüş keçirmədən ayrılıb.
Xatırladaq ki, yanvarın 20-də Tramp Parisə planlaşdırılan səfərini ləğv etdikdən sonra Makronun “uzun müddət hakimiyyətdə qalmayacağını” və “tezliklə postunu tərk edəcəyini” bəyan edib. ABŞ prezidenti, həmçinin Fransa liderinin ona göndərdiyi şəxsi mesajı ictimaiyyətə açıqlayıb. Həmin mesajda Makron Trampa Parisdə G7 formatında görüş təşkil etməyi və Rusiyanı da danışıqlara dəvət etməyi təklif edib.
Mövzular: