Tramp İranı “xəritədən silmək”lə HƏDƏLƏDİ
ABŞ Prezidenti Donald Tramp İranın ona qarşı sui-qəsd təhdidlərini həyata keçirəcəyi təqdirdə Vaşinqtonun son dərəcə sərt cavab verəcəyini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə Tramp NewsNation telekanalına müsahibəsində qeyd edib. İran tərəfindən hər hansı addım atılarsa, ABŞ-a “onları xəritədən silmək” üçün çox qəti göstərişlər verib. Onun sözlərinə görə, belə bir ssenaridə cavab tədbirləri təkcə ayrı-ayrı şəxslərə deyil, bütün ölkəyə qarşı yönələcək.
“Əgər bu baş verərsə, bütün ölkə tüstü içində qalacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti eyni zamanda keçmiş dövlət başçısı Co Baydeni prezidentliyi dövründə İrandan gələn təhdidlərə lazımi dərəcədə sərt reaksiya verməməkdə ittiham edib.
“Prezident prezidenti qorumalıdır”, – deyə Tramp bildirib və əlavə edib ki, təhdidlər birbaşa ona yox, başqa şəxslərə qarşı yönəlsə belə, ABŞ yenə də qətiyyətli cavab verəcək.
Mövzular: