Yaponiyada helikopter İTKİN DÜŞDÜ- axtarış BAŞLADI
Yaponiyanın Kumamoto prefekturasında Aso vulkanı ətrafında uçuşu planlaşdırılan, göyərtəsində bir pilot və Tayvandan olan iki turistin olduğu helikopterin fövqəladə vəziyyət siqnalı göndərdikdən sonra yerli vaxtla saat 11:00-dan etibarən itkin düşdüyü bildirilib.
Ajans.az Yaponiya mətbuatına istinadən xəbər verir ki, turistik məqsədlə istifadə olunan helikopterin Kumamoto prefekturasında yerləşən Aso vulkanı ətrafında uçuş həyata keçirməsi nəzərdə tutulurdu. Uçuş zamanı göyərtəsində bir pilot və Tayvandan olan iki sərnişinin olduğu helikopterin fövqəladə vəziyyət siqnalı göndərdiyi qeyd olunub.
Rəsmi qurumlar yerli vaxtla saat 11:00-da helikopterlə əlaqənin kəsildiyini bildirərək, hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatlarına başlanıldığını açıqlayıblar.
Mövzular: