Reklam resmi
Reklam resmi

Bolqarıstan Prezidenti istefa VERƏCƏK

Bolqarıstan Prezidenti istefa VERƏCƏK
Dünya

Bolqarıstan Prezidenti Rumen Radev istefasını elan edib.

Ajans.az-ın məlumatına görə, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin birbaşa yayımı Radevin "Facebook" səhifəsində yayımlanıb.

"Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm", - deyə Radev bildirib.

O həmçinin səhvlərə yol verdiyini və işi sona çatdıra bilmədiyini vurğulayıb.

"Lakin məhz bizim uğur qazanacağımıza olan inamım bu qərarımın əsas motivlərindən biridir. Sabah mən Bolqarıstan Respublikasının Prezidenti postundan istefa verəcəyəm. Əminəm ki, İliana Yotova (Bolqarıstanın vitse-prezidenti - red.) layiqli dövlət başçısı olacaq. Doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək istəyirəm", - deyə Rumen Radev əlavə edib.

Mövzular:
Bolqarıtan

Digər Xəbərlər