Reklam resmi
Reklam resmi

Əfqanistanda GÜCLÜ PARTLAYIŞ

Əfqanistanda GÜCLÜ PARTLAYIŞ
Dünya

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib, ilkin məlumatlara görə bir neçə nəfər həlak olub və yaralanıb. Hadisə Şəhr-e-Naw rayonunda qeydə alınıb.

Ajans.az xəbər verir ki, Talibanın rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi partlayışı təsdiqləyib. Nazirliyin sözçüsü Əbdül Mətin Kani bildirib:

“İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb. Təfərrüatlar daha sonra açıqlanacaq”.

Qeyd edək ki, Şəhr-e-Naw rayonu Kabilin ən təhlükəsiz bölgələrindən biri hesab olunur və burada çox sayda xarici vətəndaş yaşayır. Hadisənin səbəbləri və dəqiq tələfat sayı hələlik açıqlanmamışdır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Əfqanistan partlayış

Digər Xəbərlər