Reklam resmi
Reklam resmi

İran Prezidenti internetin bərpasına çağırış EDİB

İran Prezidenti internetin bərpasına çağırış EDİB
Dünya

İran Prezidenti Məsud Pezeşkian etirazlar fonunda 11 gündür tətbiq edilən məhdudiyyətlərdən sonra ölkənin qlobal internet bağlantısının bərpa olunmasına çağırıb.

Ajans.az EFE xəbər agentliyinə istinadən xəbər verir ki, rabitə məhdudiyyətləri iqtisadi fəaliyyətə ciddi zərər vurur:

“Onlayn ticarətin təmin olunmasına və kommunikasiya məhdudiyyətlərinin azaldılmasına ehtiyac var. Mən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə bu məhdudiyyətlərin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə etmişəm”, – deyə Pezeşkian qeyd edib.

O, eyni zamanda ötən ilin sonlarından bəri ölkəni əhatə edən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin işlərinə ədalətli və diqqətli şəkildə baxılmasının vacibliyini vurğulayıb. “Son hadisələrlə bağlı saxlanılan şəxslərin işlərində ən yüksək diqqət və ədalət prinsipi əsas götürülməlidir”, – deyə prezident əlavə edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər