Reklam resmi
Reklam resmi

Yaponiya Parlamenti BURAXILDI

Yaponiya Parlamenti BURAXILDI
Dünya

Yaponiyanın Baş naziri Sanae Takaiçi hökumət xərclərinin artırılması, vergi güzəştləri və ölkənin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan yeni təhlükəsizlik strategiyasına ictimai dəstəyi təmin etmək məqsədilə 8 fevral tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu seçkilərdə siyasi gələcəyini riskə atır:

“Bu seçkilərdə baş nazir kimi siyasi taleyimi ortaya qoyuram. İctimaiyyətin ölkəni idarə etmək üçün mənə etibar edib-etmədiyini özünün qiymətləndirməsini istəyirəm”.

Qeyd edək ki, qarşıdan gələn seçkilərdə parlamentin aşağı palatasındakı bütün 465 mandat uğrunda mübarizə aparılacaq. Bu, Sanae Takaiçinin ötən ilin oktyabrında Yaponiyanın ilk qadın baş naziri seçilməsindən sonra ilk ciddi seçki sınağı olacaq.

Analitiklərin fikrincə, növbədənkənar seçkilər Takaiçiyə hakim Liberal Demokrat Partiyası daxilində mövqelərini möhkəmləndirmək və hazırda zəif çoxluğa malik olan koalisiyasını gücləndirmək üçün ictimai dəstəkdən istifadə imkanı yarada bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya Parlament

Digər Xəbərlər