Reklam resmi
Reklam resmi

Rusiyada qadın krandan yıxıldı, SAĞ QALDI

Rusiyada qadın krandan yıxıldı, SAĞ QALDI
Dünya

Tatarıstan Respublikasında (Rusiya) bir qadın qülləli kranın kabinəsindən yıxılıb, lakin yüngül xəsarətlərlə sağ qalıb.

Ajans.az xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti Telegram kanalında xəbər verib.

Hadisə Buqulma şəhərindəki mexaniki zavodun ərazisində baş verib. Zavodda həmin vaxt iş prosesi davam edirdi. Qadının böyük hündürlükdən yıxıldığı ehtimal edilirsə də, o, ciddi xəsarət almayıb və vəziyyəti sabitdir.

Qeyd olunur ki, kranın çökmə anı videoya çəkilib. Görüntülərdə metal konstruksiyanın demək olar ki, yarıya qatlandığı açıq görünür.

Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı müəyyən ediləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Tatarıstan Respublikası

Digər Xəbərlər