Reklam resmi
Reklam resmi

Tramp “Azad İran”a işarə edən paylaşım edib

Tramp “Azad İran”a işarə edən paylaşım edib
Dünya

ABŞ prezidenti Donald Tramp analitik Mark Tissenin “Fox News” kanalında səsləndirdiyi fikri özünün Truth Social platformasında paylaşıb.

Ajans.az xəbər verir ki,sitatda deyilir: “Trampın vəzifəsindən getməzdən əvvəl ‘azad İran, azad Havana və azad Karakas’a səfər edəcəyini proqnozlaşdırıram.”

Bu paylaşım beynəlxalq mediada və siyasi dairələrdə İran, Kuba və Venesuelaya ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilib. Müşahidəçilərin fikrincə, Trampın bu sitatı paylaşması ABŞ-ın adıçəkilən ölkələrə münasibətdə sərt mövqeyinin davam etdiyinə dair dolayı işarədir.

Ağ Ev və ya ABŞ administrasiyası paylaşımın mənası ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran

Digər Xəbərlər