Neft və qaz yatağında yanğın baş verdi BAŞ VERDİ - BU ÖLKƏDƏ
Qazaxıstanın Atırau vilayətindəki Tengiz neft və qaz yatağında yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, yanğın Üçüncü Nəsil Zavodunun 52-ci bölməsində, GTG-1 və GTG-2 qaz turbin generatorları arasındakı transformator ərazisində qeydə alınıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Bütün işçilər təxliyə edilib.
Mövzular: