Reklam resmi
Reklam resmi

Avropa Parlamentinin SEPAH-la bağlı TƏLƏBİ

Avropa Parlamentinin SEPAH-la bağlı TƏLƏBİ
Dünya

Avropa Parlamenti İrana qarşı yeni sanksiyaların bir hissəsi olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini tələb edir.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Avstriyaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.

"İranda baş verənlərə son qoymalıyıq. SEPAH-ı terror təşkilatı elan etməklə bərabər, sərt sanksiyalar tətbiq etməliyik", - deyə o bildirib.

Metsola əlavə edib ki, ötən həftə Avropa Parlamenti öz təşəbbüsü ilə İran diplomatik korpusunun Brüssel və Strasburqdakı Avropa Parlamentinin iqamətgahlarına baş çəkməsini qadağan edib.

Mövzular:
SEPAH İran

Digər Xəbərlər