Reklam resmi
Reklam resmi

Putin Netanyahu ilə İranı MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranı MÜZAKİRƏ ETDİ
Dünya

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı həyata keçirib.

Ajans.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Yaxın Şərq və İrandakı vəziyyət müzakirə olunub. Vladimir Putin bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik addımların gücləndirilməsi yönündə fundamental yanaşmalar irəli sürüb.

Rusiya tərəfi həmçinin bütün maraqlı dövlətlərin iştirakı ilə vasitəçilik səylərini davam etdirməyə və konstruktiv dialoqu təşviq etməyə hazır olduğunu bildirib. Həmçinin, müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin İsrail Binyamin Netanyahu

Digər Xəbərlər