Reklam resmi
Reklam resmi

Gürcüstan BBC-dən üzr tələb edir

Gürcüstan BBC-dən üzr tələb edir
Dünya

Gürcüstan hakimiyyəti BBC telekanalının rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edib.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, rəsmi Tbilisi nüfuzlu media qurumundan ölkədə aksiya iştirakçılarına qarşı kimyəvi silah istifadəsi iddiası ilə bağlı materialları silməyi və üzr istəməyi tələb edir.

"Şikayətimizdə əlaqəli materialların müvafiq platformalardan çıxarılmasını, BBC-dən açıq və aydın şəkildə üzr istənilməsini tələb edirik", - deyə spiker bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan BBC

Digər Xəbərlər