Reklam resmi
Reklam resmi

Tramp işçiyə qarşı təhqiramiz jest EDİB

Tramp işçiyə qarşı təhqiramiz jest EDİB
Dünya

ABŞ Prezidenti Donald Trampın Miçiqan ştatının Dirborn şəhərində yerləşən Ford River Rouge yığım zavoduna səfəri zamanı qalmaqallı hadisə yaşanıb. Sosial şəbəkələrdə yayılan videoya görə, Tramp zavod işçilərindən birinə orta barmağını göstərərək təhqiramiz ifadə işlədir.

Ajans.az xəbər verir ki, insident çərşənbə axşamı baş verib. Bildirilir ki, zavodda olan şəxslərdən biri Trampa ünvanlı şəkildə “pedofil müdafiəçisi” ifadəsinə bənzər sözlər səsləndirib. Bu qışqırığın Epşteyn sənədləri və Trampın onlarla bağlı mövqeyi ətrafında davam edən müzakirələrə işarə etdiyi qeyd olunur.

İnternetdə yayımlanan kadrlarda Trampın qısa müddətə səsin gəldiyi istiqamətə döndüyü, təhqiramiz sözlər işlətdiyi, ardınca isə orta barmaq jesti etdiyi görünür. Bundan sonra o, digər zavod işçiləri ilə söhbətini davam etdirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mir News (@mirnewsmedia)

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər