Reklam resmi
Reklam resmi

Səudiyyə Ərəbistanının ən yaşlı kişisi 142 yaşında VƏFAT EDİB

Səudiyyə Ərəbistanının ən yaşlı kişisi 142 yaşında VƏFAT EDİB
Dünya

Səudiyyə Ərəbistanında krallığın ən yaşlı kişisi hesab edilən Nasir əl-Vadai 142 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki,bu barədə onun ailəsi məlumat verib. Xəbəri “Okaz” qəzeti yayıb.

Ailəsinin bildirdiyinə görə, Nasir əl-Vadai 1884-cü ildə, Ərəbistan yarımadasındakı bölgələr birləşərək Səudiyyə Ərəbistanı Krallığı yaradılmamışdan əvvəl dünyaya gəlib.

Yaxınları onun uzunömürlülüyünü sadə və ölçülü qidalanma tərzi ilə əlaqələndirirlər. Məlumata görə, əl-Vadai az yeyir, əsasən cücərməmiş buğda, bal, kişmiş və yağ qəbul edirdi. Onun ən sevdiyi içkinin isə ayran olduğu qeyd olunur.

“Okaz” yazır ki, yüz yaşını keçməsinə baxmayaraq, Nasir əl-Vadai fiziki cəhətdən güclü olub və son illərinə qədər sosial cəhətdən aktiv həyat sürüb.

O, üç dəfə evlənib və ümumilikdə 134 nəfərlik nəsil — övladlar və nəvələr qoyub. Bildirilir ki, əl-Vadai sonuncu dəfə 110 yaşında evlənib və bu nikahdan doqquz uşağı dünyaya gəlib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Səudiyyə Ərəbistan ən yaşlı kişi

Digər Xəbərlər