Reklam resmi
Reklam resmi

İran səfirindən Ermənistana XƏBƏRDARLIQ

İran səfirindən Ermənistana XƏBƏRDARLIQ
Dünya

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün fəaliyyət mərkəzinə çevrildiyi barədə ciddi narahatlıq formalaşır.

Ajans.az xəbər verir ki,bu barədə Ermənistan mediası diplomatın bu gün keçirdiyi mətbuat konfransına istinadən xəbər yayıb.

“Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün fəaliyyət mərkəzinə çevrildiyi təəssüratı yaranır”, – deyə səfir vurğulayıb.

Şirqolami qeyd edib ki, bir sıra qüvvələr İranda qeyri-sabitlik yaratmağa, ölkəni sabitsizləşdirməyə və parçalamağa yönəlmiş separatçı qrupların fəallaşacağını gözləyirdi. Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, bundan uduzan tərəflərdən biri məhz Ermənistan olacaq.

Diplomat əlavə edib ki, artıq altı gündür İrəvanda İran səfirliyinin qarşısında təhqiramiz və ədəbsiz ifadələrlə müşayiət olunan etiraz aksiyaları keçirilir.

“Biz dəfələrlə Ermənistanın müvafiq qurumlarına müraciət etmişik, lakin piket iştirakçıları cəzasız şəkildə fəaliyyətlərini davam etdirirlər. Ən çətin anlarda biz Ermənistan xalqının və hökumətinin yanında olmuşuq, bunun çoxsaylı nümunələri var. Bu gün isə biz çətin vəziyyətdəyik. İranın Ermənistandakı səfirliyinin qarşısında baş verən bu hadisələr İran xalqının tarixi yaddaşında qalacaq”, – deyə Şirqolami bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Ermənistan

Digər Xəbərlər