Ukraynada Yuliya Timoşenkoya qarşı korrupsiya işi açıldı
Ukraynadakı korrupsiyaya qarşı mübarizə rəsmiləri Batkivşina Partiyasının lideri Yuliya Timoşenkonu parlament üzvlərinə rüşvət verməkdə ittiham ediblər.
Ajans.az xəbər verir ki,bu barədə “Ukrainska Pravda” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Timoşenko bu səhər Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən rəsmi şəkildə ittiham olunub.
Əvvəlcə bildirilirdi ki, Kiyevdəki partiya ofisində gecə ərzində Ali Rada üzvlərinə rüşvət verilməsi ilə bağlı axtarış aparılıb. Timoşenko ona qarşı irəli sürülən bütün ittihamları rədd etsə də, partiyasının Kiyev ofisində aparılan axtarışları təsdiqləyib.
Mövzular: