ABŞ senatoru: “İran xalqı ilə fəxr edirik”
Texas ştatından olan Respublikaçı senator Ted Kruz Newsmax-a verdiyi müsahibədə İrandakı vəziyyəti şərh edib.
Ajans.az xəbər verir ki,o ,CBS-i ölkədəki etirazları və xalq hərəkatını yetərincə işıqlandırmamaqda tənqid edib.
Kruz bildirib ki, ABŞ İranın “qəhrəman xalqı”nın yanında olmaqdan şərəf duyur. Senator İran xalqının İslam Respublikasına qarşı cəsarətli müqavimətini vurğulayıb və Vaşinqtonun bu mübarizəni yaxından izlədiyini qeyd edib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyasının mövqeyi Barak Obamanın dövründəki siyasətdən kökündən fərqlənir. Kruz qeyd edib ki, Tramp İranın azadlıq tələblərini açıq şəkildə dəstəkləyir və İslam Respublikasının legitimliyini itirdiyinə inanır.
Mövzular: