ABŞ-ın xüsusi nümayəndəsi Rza Pəhləvi ilə gizli görüş keçirib
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkov ötən həftə sonu İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi ilə gizli görüş keçirib.
Ajans.az xəbər verir ki,bu barədə Axios nəşri ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, görüş zamanı əsas müzakirə mövzuları İranda hökumət əleyhinə genişmiqyaslı etirazlar və ölkədəki mövcud siyasi vəziyyət olub. Danışıqların detalları açıqlanmayıb, lakin görüşün məxfi xarakter daşıdığı bildirilir.
Mənbələr qeyd edirlər ki, bu səviyyəli təmas Vaşinqtonun İranda baş verən proseslərə təsir göstərmək üçün alternativ ssenariləri nəzərdən keçirdiyini göstərə bilər. Xüsusilə, İslam Respublikasına qarşı çıxan müxalifət nümayəndələrinin və keçmiş siyasi elitanın üzvlərinin mümkün rolu müzakirə predmetinə çevrilə bilər.
Mövzular: