İsveç vətəndaşlarına İranı tərk etmə ÇAĞIRIB
İsveç hökuməti İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi fonunda vətəndaşlarına təcili xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki,bu barədə İsveç xarici işlər naziri Maria Malmö Stenergård Facebook səhifəsində bildirib.
“Ölkədəki vəziyyət son dərəcə ciddi və gözlənilməzdir”
Nazirin sözlərinə görə, hazırda İranda olan bütün İsveç vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Həmçinin, Xarici İşlər Nazirliyi İranda qeydiyyatdan keçmiş vətəndaşlarına SMS mesajları göndərir və səfirlik elanlarını, rəsmi səyahət məlumatlarını diqqətlə izləmələrini tövsiyə edir.
Mövzular: