Reklam resmi
Reklam resmi

Fransada növbəti etiraz AKSİYASI

Fransada növbəti etiraz AKSİYASI
Dünya

Fransada fermerlər Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında planlaşdırılan ticarət sazişinə etiraz olaraq yenidən Paris küçələrinə çıxıblar. Etirazçılar paytaxta traktorlarla daxil olaraq şəhər mərkəzində aksiyalar keçiriblər.

Ajans.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu, son bir həftə ərzində fermerlərin təşkil etdiyi ikinci kütləvi etirazdır. Fermerlər hesab edirlər ki, sözügedən saziş Avropa standartlarına cavab verməyən, daha ucuz Cənubi Amerika məhsullarının bazara daxil olmasına şərait yaradacaq və bu da yerli kənd təsərrüfatına ciddi zərbə vuracaq.

Qeyd olunur ki, etirazlar artıq bir neçə aydır davam edir və yalnız Avropa İttifaqının ən iri kənd təsərrüfatı istehsalçısı olan Fransanı deyil, digər Aİ ölkələrini də əhatə edir. MERCOSUR sazişinə etirazla yanaşı, fermerlər daxili bazarda artan xərclər, gəlirlərin azalması və dövlət dəstəyinin yetərsizliyi kimi problemlərdən də narazılıqlarını ifadə edirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa etirazlar

Digər Xəbərlər