Reklam resmi
Reklam resmi

Pis hava şəraiti hava nəqliyyatını iflic edib: BU ÖLKƏDƏ

Pis hava şəraiti hava nəqliyyatını iflic edib: BU ÖLKƏDƏ
Dünya

Pis hava şəraiti Avropanın iki paytaxtında hava nəqliyyatının fəaliyyətini pozub.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada və Çexiyanın paytaxtı Praqada yerləşən beynəlxalq hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Məhdudiyyətlər buzlanma ilə müşayiət olunan əlverişsiz hava şəraiti səbəbindən tətbiq edilib. Bu səbəbdən bir sıra reyslər ləğv olunub, digərləri isə alternativ hava limanlarına yönləndirilib.

Hava limanları rəhbərliyi vəziyyətin hava şəraitindən asılı olaraq qiymətləndirildiyini və uçuşların bərpası ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstriya Çexiya

Digər Xəbərlər