Pentaqon suni intellekti hərbi məlumatlara çıxış VERƏCƏK
ABŞ Müdafiə Naziri Pit Heqset bildirib ki, Pentaqon Grok çatbotuna daxili məlumat bazalarına, o cümlədən hərbi kəşfiyyat sistemlərinə çıxış imkanı verməyi planlaşdırır.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Google-ın generativ süni intellekti olan Gemini yanvar ayının sonuna qədər Müdafiə Nazirliyinin infrastrukturuna inteqrasiya ediləcək. Neyron şəbəkəsi bundan sonra vacib hərbi İT sistemlərindən məlumatlara çıxış əldə edəcək.
Qeyd olunur ki, bu addım Grok çatbotu ilə bağlı əvvəllər antisemit və digər uyğunsuz məzmun yaratmaq ittihamları fonunda beynəlxalq müzakirələrə səbəb olmuşdu. Müdafiə Nazirliyi bildirib ki, sistemin istifadəsi ciddi təhlükəsizlik və etik nəzarət altında həyata keçiriləcək.
Mövzular: