Reklam resmi
Reklam resmi

Mənəvi ritual təhlükə ilə nəticələndi

Mənəvi ritual təhlükə ilə nəticələndi
Dünya

İndoneziyanın Bali adasında müqəddəs bulaqda təmizlənmə ritualı həyata keçirən turist ağır infeksiyaya yoluxub.

Ajans.az xəbər verir ki.bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Məlumata görə, kişi həyat yoldaşı ilə birlikdə Bali adasına səyahət edib. Cütlük uzun müddətdir Tirta Empul su məbədində mənəvi ritual yerinə yetirməyi planlaşdırırmış. Turist ritual zamanı qaydalara əməl edərək üç dəfə müqəddəs bulağa girib və ağzını su ilə yaxalayıb.

Hadisədən təxminən altı ay sonra kişinin səhhətində ciddi problemlər yaranmağa başlayıb. O, bədənində güclü səpgilər, ürtiker, şiddətli qaşınma və sızanaqlardan əziyyət çəkib. Həyat yoldaşının sözlərinə görə, turistin orqanizmində ciddi pozuntular müşahidə olunub: qida həzmi pozulub, mədəaltı vəzi zədələnib, yuxusuzluq yaranıb.

Altı aydan çox müddət ərzində həkimlər dəqiq diaqnoz qoya bilməyiblər. Yalnız çirklənmiş suda rast gəlinən blastosistalar adlı mikroorqanizmlər üzrə test aparıldıqdan sonra kişiyə blastosistoz diaqnozu qoyulub. Turist bir il ərzində parazit əleyhinə dərmanlarla müalicə alıb, bu müddətdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib və xəstəliyin təkrarlanması halları yaşanıb.

Hazırda səyahətçinin vəziyyətinin stabilləşdiyi və sağalma mərhələsində olduğu bildirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İndoneziya ritual

Digər Xəbərlər