Reklam resmi
Reklam resmi

Trampdan İran liderini öldürməsini tələb ETDİLƏR

Trampdan İran liderini öldürməsini tələb ETDİLƏR
Dünya

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem prezident Donald Trampı İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsinə çağırıb.

Ajans.az Fox News-a istinadən xəbər verir ki,İranda davam edən etirazları şərh edən Qrem Xameneini “getməli olan dəhşətli adam” adlandırıb. O, eyni zamanda Donald Trampı İran xalqına verdiyi dəstəyə görə tərifləyib və bildirib ki, ABŞ prezidenti etirazçılara ilham verəcək, ölkə rəhbərliyini isə qorxudacaq addımlar atmalıdır.

“Əgər mən sizin yerinizdə olsaydım, cənab Prezident, insanları öldürənləri öldürərdim. Buna son qoymaq lazımdır”, – deyə senator qeyd edib.

Qremin bu açıqlamaları ABŞ siyasətində və beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp İran

Digər Xəbərlər