Reklam resmi
Reklam resmi

Fransız millət vəkili başından YARALANIB

Fransız millət vəkili başından YARALANIB
Dünya

Marin Le Penin partiyasından olan fransız millət vəkili Antuan Villedi Fransanın şərqində başında yara ilə tapılıb.

Ajans.az xəbər verir ki,bu barədə Parisien qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.

36 yaşlı parlament üzvü bu səhər Vesul küçəsində, evindən uzaq olmayan yerdə aşkar edilib. Onun başının yuxarı hissəsində qanaxma olduğu bildirilib. Villedi aşkar edildiyi zaman həyəcanlı vəziyyətdə olub və polis onun hallüsinasiyalar görmüş ola biləcəyini qeyd edib.

Millət vəkilini xəstəxanaya aparmaq üçün bir neçə polis əməkdaşı cəlb olunub. Hazırda onun həyatı təhlükədə deyil. Hüquq-mühafizə orqanları xəsarətin mənşəyini müəyyən etmək üçün araşdırma aparır, lakin hələlik dəqiq məlumat yoxdur.

Villedi özünə gəldikdən sonra son günlərdə ciddi psixoloji gərginlik yaşadığını, şəxsi problemləri olduğunu və dərman qəbul etdiyini bildirib. Polis həmçinin onun qohumları, o cümlədən həyat yoldaşı ilə də görüşüb. Millət vəkili yaxınlarda qolundan xəsarət aldığı bir mübahisədən danışıb, lakin polisə müraciət etməyib. Vesoul prokurorluğu yaxın günlərdə Villedini yenidən dindirməyi planlaşdırır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Marin Le Pen

Digər Xəbərlər