Güclü zəlzələ: BU ÖLKƏDƏ
12 yanvar Bazar ertəsi günü Kamçatkada 5.0 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 18:21-də (Bakı vaxtı ilə 10:21) baş verib. Episentr Petropavlovsk-Kamçatskinin 53 kilometr cənub-şərqində, ocaq isə 71 kilometr dərinlikdə yerləşib.
Hələlik zəlzələnin insan tələfatına və ya dağıntılara səbəb olub-olmadığı barədə məlumat verilməyib.
Mövzular: