Xamenei etirazlarla bağlı sərt açıqlama VERDİ
İranın Ali Lideri Əli Xamenei bu gün ölkədə baş verən etirazlarla bağlı açıqlama verib.
Ajans.az xəbər verir ki, bu açıqlama IRIB News xəbər agentliyi tərəfindən yayımlanıb.
Xamenei sərt ifadələrlə bildirib ki, İslam Respublikası etirazlar və xarici təsirlər qarşısında geri çəkilməyəcək.
Xamenei vurğulayıb: “İslam Respublikası yüz minlərlə layiqli insanın qanı bahasına hakimiyyətə gəlib və təxribatçılar qarşısında mövqeyini qoruyub saxlayacaq”.
O əlavə edib: “Hamı bilməlidir ki, İslam Respublikası geri çəkilməyəcək”.
Mövzular: