Reklam resmi
Reklam resmi

Rusiya Ukraynaya raket zərbəsi ENDİRİB

Rusiya Ukraynaya raket zərbəsi ENDİRİB
Dünya

Rusiya Silahlı Qüvvələri Ukraynaya “Oreshnik” raket sistemi ilə zərbə endirdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, Ukraynadakı vacib hədəflərə qarşı orta mənzilli yerüstü mobil “Oreshnik” raket sistemi də daxil olmaqla, uzun mənzilli quru və dəniz əsaslı dəqiq silahlar, eləcə də pilotsuz uçuş aparatları vasitəsilə kütləvi zərbə endirilib.

Nazirliyin açıqlamasına görə, hücum Kiyevdə 29 dekabr 2025-ci il gecəsi Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahını vurmaq cəhdinə cavab məqsədi daşıyır.

Müdafiə Nazirliyi “Oreshnik” raketlərinin dəqiq hara və nəyə zərbə endirdiyini açıqlamasa da, bütün hədəflərə çatıldığı vurğulanıb. Bəyanatda əlavə olunur: “Terror hücumunda istifadə edilən pilotsuz uçuş aparatlarını istehsal edən qurğular və Ukraynanın hərbi-sənaye kompleksini dəstəkləyən enerji infrastrukturu zədələnib”.

\

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər