Reklam resmi
Reklam resmi

Tanınmış siyasətçiyə HÜCUM

Tanınmış siyasətçiyə HÜCUM
Dünya

Honduras Milli Assambleyasının üzvü Aurora Lopez Tequsiqalpada hücum qurbanı olub. Hadisə yanvarın 9-da parlament binasının girişinə yaxın ərazidə baş verib.

Ajans.az xəbər verir ki,bu barədə Times Now News məlumat yayıb.

Aurora Lopez mətbuat nümayəndələrinə açıqlama verərkən naməlum şəxs tərəfindən ona doğru partlayıcı qurğu atılıb. Qurğu konqres üzvünün başının arxa hissəsinə yaxın ərazidə partlayıb. Nəticədə Lopez kürək, boyun və qulaq nahiyələrindən ağır xəsarətlər alıb.

Honduras Konqresinin sədri Luis Redondo baş verən hücumu kəskin şəkildə pisləyib və hadisə ilə bağlı istintaqın başladıldığını açıqlayıb. Hücumun təşkilatçıları və motivləri hələlik açıqlanmayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Honduras Milli Assambleya Aurora Lopez

Digər Xəbərlər