Zelenski: “ABŞ təhlükəsizlik zəmanətləri üzrə sənəd hazırdır”
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı sənədin dövlət başçısı səviyyəsində yekunlaşdırılmağa hazır olduğunu elan edib.
Ajans.az xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin Fransadakı danışıqlarından sonra Telegram kanalında açıqlayıb.
Zelenski bildirib ki, sənəd əsasən ABŞ Prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa hazırdır. O əlavə edib ki, Ukrayna komandaları Avropa və Amerika tərəflərinin işini inteqrasiya etməyə davam edir və xüsusilə yenidənqurma və iqtisadi inkişafla bağlı məsələlər birgə müzakirə olunub.
Prezident vurğulayıb ki, sənədin yekunlaşdırılması üçün müxtəlif mümkün variantlar təqdim olunub və Amerika tərəfi Rusiya ilə əlaqə saxlayaraq müharibənin bitməsinə hazır olub-olmaması barədə rəyini bildirəcək.
Mövzular: