Hökumət istefa verdi: BU ÖLKƏDƏ…
Fil Dişi Sahili Prezidenti Alassane Uattara Baş nazir Robert Beqre-Mambenin rəhbərlik etdiyi hökuməti buraxıb.
Ajans.az xəbər verir ki,bu barədə Prezident Administrasiyasının baş katibi Massare Ture məlumat verib.
"Dövlət başçısı bütün hökumətin səlahiyyətlərinə xitam verən fərman imzalayıb", — Ture bildirib.
Eyni zamanda, Uattara yeni baş nazir təyin olunana və yeni kabinet formalaşana qədər mövcud hökumətin konstitusiya vəzifələrini yerinə yetirməyə davam etməsini əmr edib.
Qeyd edək ki, Kot-d'İvuarda 2025-ci ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində Uattara böyük səs çoxluğu ilə dördüncü müddətinə yenidən prezident seçilmişdi. Ötən ilin dekabrında keçirilmiş parlament seçkilərində isə onun partiyası — Demokratiya Uğrunda Hufuetistlərin Mitinqi — böyük üstünlüklə qalib gəlib.
Mövzular: