Reklam resmi
Reklam resmi

Ukrayna vətəndaşlarına İranı tərk etmək tövsiyə EDİB

Ukrayna vətəndaşlarına İranı tərk etmək tövsiyə EDİB
Dünya

Ukrayna Xarici İşlər Nazirliyi təhlükəsizliklə bağlı artan risklər səbəbindən ölkə vətəndaşlarına İranı mümkün qədər tez tərk etməyi tövsiyə edib.

Ajans.az Ukrayna Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, İrandan çıxış Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı, eləcə də Ermənistan (Norduz/Aqarak) və Türkiyə (Bazorgan/Serow) ilə sərhəd keçid məntəqələri vasitəsilə mümkündür.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Birləşmiş Krallıq, Kanada, Hindistan və Avstraliya hökumətləri də öz vətəndaşları üçün İranla bağlı rəsmi səyahət xəbərdarlıqları yayıblar.

Ukrayna XİN vəziyyətin inkişafını izlədiyini və vətəndaşları üçün əlavə tövsiyələrin verilə biləcəyini bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna İran

Digər Xəbərlər