Reklam resmi
Reklam resmi

Türkiyədə manipulyasiya iddiası ilə bağlı 15 nəfər HƏBS EDİLİB

Türkiyədə manipulyasiya iddiası ilə bağlı 15 nəfər HƏBS EDİLİB
Dünya

Türkiyədə İstanbul Fond Birjasında mümkün manipulyasiya iddiası ilə bağlı istintaq çərçivəsində 15 nəfər həbs edilib.

Ajans.az xəbər verir ki,bu barədə A Haber məlumat yayıb.

İstintaq, Kapital Bazarları Şurası tərəfindən bir şirkət adından fəaliyyət göstərən sosial media hesabları vasitəsilə fond bazarının mümkün manipulyasiyası ilə bağlı şikayətlər əsasında başlanıb.

Texniki və fiziki müşahidələrin ardından İstanbul Polisinin Maliyyə Cinayətləri ilə Mübarizə Bölməsi İstanbul, Ankara, Qaziantep, Burdur, Aydın və Adanada əməliyyatlar keçirərək 15 şübhəlini saxlayıb. Həbs olunanlar Maliyyə Cinayətləri İdarəsinə aparılıb.

İstintaqa görə, şübhəlilər barəsində “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və “məlumat əsaslı bazar manipulyasiyası” ilə əlaqəli cinayət elementləri müəyyən olunub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə İstanbul Fond Birjası

Digər Xəbərlər