İranda etirazlar zamanı 36 nəfər ÖLÜB
İranda hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayı 36-ya çatıb. Onlardan 34-ü etirazçı, 2-si təhlükəsizlik qüvvələri olub.
Ajans.az İnsan Hüquqlarına Nəzarət Agentliyinə (HRANA)istinadən xəbər verir ki, ölənlərdən 4-ü 18 yaşdan kiçikdir.
İranda 27 əyalətdə davam edən etirazlar nəticəsində 2 000-dən çox insan həbs edilib.
Bəzi KİV-lərin iddialarına görə, etirazçılar Abadan şəhərini ələ keçirmişdilər, lakin yerli media bu xəbərləri təkzib edib. Hazırda Abadanda asayiş bərpa olunub.
Mövzular: