Fransa Makronun istefasını TƏLƏB EDİR
Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Philippot, Prezident Emmanuel Makronun Ukraynaya bir neçə min əsgər göndərməyə hazır olması ilə bağlı açıqlamasından sonra onun istefasını tələb edib.
Ajans.az xəbər verir ki,bu barədə o, sosial media platforması X-də paylaşım edib.
Philippot paylaşımında yazıb:
“Makron açıq şəkildə müharibə istəyir! 2027-ci il seçkilərini ləğv etmək? Fransızları qorxu içində saxlamaq? ‘Avropa ordusu’nun yaradılmasına nail olmaq? Əlbəttə! Onda onu hakimiyyətdən uzaqlaşdırmaq lazımdır!”
Sağçı liderin sözlərinə görə, hazırda yalnız Böyük Britaniya Ukraynaya qoşun göndərməyi ciddi şəkildə nəzərdən keçirir, digər ölkələr isə bunun Rusiya ilə müharibəyə yol açacağını başa düşdükləri üçün buna qarşıdırlar.
Qeyd edək ki, bir müddət əvvəl Emmanuel Makron atəşkəsdən sonra sülhü qorumaq məqsədilə Ukraynaya bir neçə min əsgərin göndərilə biləcəyini bildirmişdi.