Prezidentə qarşı sui-qəsd : BU ÖLKƏDƏ...
Burkina Fasonun təhlükəsizlik qüvvələri Prezident İbrahima Traore və digər yüksək vəzifəli məmurlara qarşı planlaşdırılmış sui-qəsdin qarşısını alıb.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı ölkənin təhlükəsizlik naziri Mahamadou Sana açıqlayıb.
Nazirin sözlərinə görə, sui-qəsdçilər vəziyyəti qeyri-sabitləşdirmək məqsədilə əməliyyatı 3 yanvar 2026-cı il, saat 23:00-da başlatmalı idilər. Plan, dövlət başçısının zərərsizləşdirilməsindən başlayaraq, mülki və hərbi məmurlara qarşı bir sıra hədəfli sui-qəsdləri nəzərdə tuturdu. Sui-qəsdçilər prezidentə ya yaxın məsafədən, ya da onun iqamətgahına dron hücumu ilə zərbə vurmağı planlaşdırırdılar, sonrakı mərhələdə isə xarici qüvvələrin yerüstü müdaxiləsi nəzərdə tutulurdu.
Təhlükəsizlik orqanları sui-qəsdi vaxtında üzə çıxara bilib və iştirakçıların bəzilərini saxlayıblar. Nazir ölkə sakinlərini sakit olmağa çağırıb.
Məlumatda bildirilir ki, sui-qəsdin arxasında Burkina Fasonun keçmiş prezidenti Paul-Henri Sandaogo Damiba dayanır və onun maliyyələşməsinin qonşu Kot-d'İvuardan gəldiyi iddia olunur.