ABŞ-nin keçmiş prezidentinin oğlu VƏFAT ETDİ
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın böyük oğlu, mühafizəkar şərhçi Maykl Reyqan 80 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki,bu barədə NBC News məlumat yayıb.
Ronald Reyqan Prezident Fondu və İnstitutu çərşənbə axşamı sosial şəbəkə X üzərindən paylaşım edərək Maykl Reyqanın ölümünü təsdiqləyib. Paylaşımda o, “atasının irsinin sarsılmaz qəyyumu” kimi xarakterizə olunub.
Fondun açıqlamasında bildirilir ki, “Maykl Reyqan inam, qətiyyət və Prezident Reyqanın ideallarına sarsılmaz sədaqətlə dolu bir həyat yaşayıb”.
Maykl Reyqanın ölüm səbəbi hələlik açıqlanmayıb.
Mövzular: