Reklam resmi
Reklam resmi

Hepatit A-dan ölüm halları kəskin artıb - Bu ölkədə

Hepatit A-dan ölüm halları kəskin artıb - Bu ölkədə
Dünya

Çexiyada 2025-ci ildə hepatit A virusu 36 nəfərin ölümünə səbəb olub.

Ajans.az “Czech Radio”ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Səhiyyə İnstitutunun hesabatında yer alıb.

Bildirilib ki, hepatit A-dan ölənlərdən 30-u kişi, altısı isə yaşı 35-dən 82-yə qədər olan qadınlardır. 2025-ci il ərzində ölkə üzrə hepatit A-ya yoluxanların ümumi sayı 3255 nəfər təşkil edib.

Müqayisə üçün qeyd olunub ki, 2024-cü ildə Çexiyada hepatit A-dan cəmi iki ölüm halı qeydə alınıb.

Məlumata görə, hepatit A virusu yoluxmaya davamlıdır və inkubasiya dövrü 50 günə qədər davam edə bilər. Xəstəlik əksər hallarda simptomlar olmadan keçir və yalnız həkim tərəfindən təyin olunan laborator testlər vasitəsilə aşkar edilir.

Mövzular:
Çexiya Hepatit A Virus

Digər Xəbərlər