Reklam resmi
Reklam resmi

Maduronun xələfi prezident qismində AND İÇDİ

Maduronun xələfi prezident qismində AND İÇDİ
Dünya

Ötən şənbə gününə qədər Venesuelanın vitse-prezidenti vəzifəsini tutan Delsi Rodriges müvəqqəti dövlət başçısı kimi and içib.

Ajans.az CNN telekanalına istinadən xəbər verir ki, andiçmə mərasimi Venesuela Milli Assambleyasında baş tutub.

Andiçmə mərasimini parlamentin spikeri və müvəqqəti prezidentin qardaşı Xorxe Rodriges keçirib.

Delsi Rodriges bu vəzifəyə Nikolas Maduronun Karakasda ABŞ-nin hərbi əməliyyatı nəticəsində saxlanılmasından sonra başlayıb. Qeyd edək ki, Maduro həyat yoldaşı Siliya Flores ilə birlikdə ölkədən çıxarılıb.

Mövzular:
Xələf Delsi Rodriges

Digər Xəbərlər