Reklam resmi
Reklam resmi

Ukrayna XİN: “Putinin iqamətgahına “hücum” iddialarına heç bir sübut YOXDUR”

Ukrayna XİN: “Putinin iqamətgahına “hücum” iddialarına heç bir sübut YOXDUR”
Dünya

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Prezident Vladimir Putinin iqamətgahına guya hücum edilməsi ilə bağlı iddialarını təsdiqləyən heç bir dəlil təqdim etmədiyini bəyan edib.

Ajans.az xəbər verir ki,Ukraynanın xarici işlər naziri Andrey Sibiha sosial şəbəkələrdə yazıb ki, Rusiya tərəfi iddialarını əsaslandıran etibarlı sübutlar ortaya qoymayıb və bunu etməyəcək, çünki belə bir hücum baş verməyib.

Nazirin sözlərinə görə, BƏƏ, Hindistan və Pakistan kimi ölkələrin heç vaxt baş verməmiş hadisə ilə bağlı narahatlıq ifadə etməsi təəccüb doğurur. Sibiha vurğulayıb ki, bu xüsusilə diqqətçəkicidir, çünki həmin ölkələr 7 sentyabr 2025-ci ildə Rusiyaya məxsus raketin Ukraynada real hökumət binasına zərbə endirməsi ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər