İndoneziyada qocalar evində yanğın: 16 ölü, 3 yaralı
İndoneziyanın Şimali Sulavesi əyalətinin paytaxtı Manado şəhərində qocalar evində baş verən yanğında ən azı 16 nəfər həlak olub, üç nəfər yaralanıb.
Ajans.az xəbər verir ki,bu barədə yerli dövlət xəbər agentliyi Antara məlumat verib.
Əksəriyyəti yaşlı olan qurbanların yanan binanın içərisində qaldığı bildirilir. Polis hadisə zamanı cəsədlərin şəxsiyyətini müəyyən etmək üzrə araşdırma aparır.
Hakimiyyət orqanları yanğının səbəblərini müəyyən etmək üçün istintaq başlayıb.
Mövzular: