Bu hava limanında 27 uçuş təxirə SALINIB
Kalininqrad şəhərində yerləşən Xrabrovo Hava Limanında ümumilikdə 27 reysin təxirə salındığı bildirilir.
Ajans.az xəbər verir ki,hava limanının onlayn uçuş lövhəsində yer alan məlumata görə, gecikən reyslərdən 11-i yola düşmə, 16-sı isə eniş reysləridir.
Yola düşməsi gecikən reyslərin təyinat məntəqələri arasında Moskva, Sankt-Peterburq, Yekaterinburq və Perm şəhərləri var. Təxirə salınan eniş reyslərinin böyük hissəsi isə Moskvadan Kalininqrada həyata keçirilən uçuşlardır.
Gecikmələrin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mövzular: