Reklam resmi
Reklam resmi

Futbolçu matç zamanı huşunu İTİRİB

Futbolçu matç zamanı huşunu İTİRİB
Dünya

Afrika Millətlər Kubokunun oyunlarından birində Sudan millisinin qapıçısı matçın 37-ci dəqiqəsində huşunu itirib.

Ajans.az xəbər verir ki,hadisədən sonra oyun müvəqqəti olaraq dayandırılıb və tibb işçiləri futbolçuya yerində tibbi yardım göstəriblər. Qapıçının vəziyyəti stabilləşdikdən sonra o, qarşılaşmanı davam etdirə bilib.

Həkimlərin ilkin rəyinə görə, insident qan təzyiqinin və ya şəkər səviyyəsinin qısa müddət ərzində düşməsi ilə əlaqəli olub. Bildirilib ki, futbolçunun səhhətində ciddi fəsadlara dair əlamətlər aşkar edilməyib.

Qarşılaşma Sudan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə komandanın pley-off mərhələsinə yüksəlmək şansını qoruyub saxlamasına imkan verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Afrika Millətlər Kuboku Futbolçu

Digər Xəbərlər