Reklam resmi
Reklam resmi

Afrikada bina çökdü- 3 nəfər öldü

Afrikada bina çökdü- 3 nəfər öldü
Dünya

Cənubi Afrikanın Yohannesburq şəhərində binanın çökməsi nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.

Ajans.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yohannesburq fövqəladə halların idarə olunması xidməti çökmə zamanı binanın içərisində 6 nəfərin olduğunu, onlardan 3-nün dağıntılar altında qaldığını bildirib.

Bir yaşlı uşaq və iki yetkin qadın daha sonra aldıqları xəsarətlərdən dünyasını dəyişib. Qalan 3 nəfər isə xəstəxanaya çatdırılsa da, onların vəziyyəti hələ də açıqlanmayıb.

Səlahiyyətlilər dağıntının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Mövzular:
Afrika Bina

Digər Xəbərlər