Tıxacda qalanlar işdən 1 saat tez çıxsın- Milli Məclisdə TƏKLİF
İnsanlar bəzən işə çatmaq üçün evdən 2 saat əvvəl çıxmaq məcburiyyətində qalır.
Ajans.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Millət Vəkili Fazil Mustafa bildirib.
O bildirib ki, "əgər vətəndaşın iş yerinə çatmaq üçün yolda sərf etdiyi vaxt 2 saatı keçirsə, ona işdən 1 saat əvvəl çıxmaq imkanı verilsin. Bu yanaşma vətəndaşın işə daha enerjili gəlməsinə, keyfiyyətli xidmət göstərməsinə və ümumilikdə dövlət sektorunda məhsuldarlığın artmasına səbəb olacaq.
Bəli, tıxac probleminin birdən-birə tam həlli real deyil. Amma avtobus hərəkətinin təkmilləşdirilməsi, marşrutların optimallaşdırılması və digər nəqliyyat tədbirləri ilə paralel olaraq, insanlara dəstək məqsədilə dövlət qurumlarında çalışanların vəziyyətini yüngülləşdirəcək addımlar atılmalıdır”.-deyə, o bildirib.